• çərşənbə axşamı, 23 aprel, 10:22
  • Baku Bakı 20°C

Fermerlərə şad xəbər var

15.08.14 11:46 1192
Fermerlərə şad xəbər var
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlər tətbiq ediləcək. Nazirlər Kabineti güzəştlərin tətbiq edilməsi qaydalarını təsdiq edib.
Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Nazirlər Kabineti "Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi qaydaları”nı təsdiqləyib.
Qərara əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "Aqrolizinq” ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq ediləcək.
Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "Aqrolizinq” dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt veriləcək.
Kənd təsərrüfatı texnikasının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin texnika kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə veriləcək.
banner

Oxşar Xəbərlər