• çərşənbə axşamı, 23 aprel, 11:47
  • Baku Bakı 20°C

Fermerlər üçün vergi güzəştləri daha 5 il uzadıldı

16.12.13 17:27 1531
Fermerlər üçün vergi güzəştləri daha 5 il uzadıldı
Azərbaycan Prezidenti İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri daha 5 il uzadılıb.
Beləliklə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri 2001-ci il yanvarın 1-dən tətbiq olunur.
banner

Oxşar Xəbərlər