• çərşənbə axşamı, 23 aprel, 13:20
  • Baku Bakı 24°C

Fərman: şəkər çuğundurunun istehsalçılarına subsidiya ödəniləcək

04.04.17 19:20 648
Fərman: şəkər çuğundurunun istehsalçılarına subsidiya ödəniləcək
Prezident İlham Əliyev aprelin 4-də "Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Fərman imzalayıb.
AZƏRTACxəbər verir ki, Fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödəniləcək.
Qeyd olunur ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilmir.
banner

Oxşar Xəbərlər