• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib

27.01.21 09:21 418
Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib
Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus "Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin "Haber/Global” televiziyası məlumat yayıb.
F. İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə aparılıb.
F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin İstanbul-Libervil uçuş reysilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03.30-da çatıb.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.
banner

Oxşar Xəbərlər