• cümə axşamı, 25 aprel, 11:35
  • Baku Bakı 14°C

“Ferma” verilişinin iştirakçısı həkimi döyüb

09.05.17 10:50 1774
“Ferma” verilişinin iştirakçısı həkimi döyüb
Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.
Hadisə şahidlərininAPA-ya verdiyi məlumata görə, mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
Şəki Mərkəzi Rayon XəstəxanasındanAPA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev "ARB” telekanalında yayımlanan "Ferma” verilişinin iştirakçısı olub.
banner

Oxşar Xəbərlər