• çərşənbə axşamı, 19 mart, 12:20
  • Baku Bakı 8°C

Fərid Şahbazlı: Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var

22.03.18 19:15 1269
Fərid Şahbazlı: Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var
Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. Ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var.
Bu fikirləri sechki-2018.az saytına açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Obildirib ki, həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb.
F.Şahbazlı deyib ki, bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər:"Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”, - deyə QHT-sədri söyləyib.
F.Şahbazlı Azərbaycanın bölgənin lider dövləti olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz regionda sabitlik və təhlükəsizliyə əvəzsiz töhfələr verir: "Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əvəzsiz rolu danılmaz bir reallıqdır. Dünyada mövcud olan gərgin geosiyasi atmosfer, hər gün alovlanan münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi olduqca mürəkkəb regionda sabitlik adası olaraq mövqeyini qoruması şübhəsiz ki, olduqca vacib məqamdır. Bu mənada düşünürəm ki, Azərbaycanda keçirilən seçkilər nəinki Cənubi Qafqaz regionu, ümumilikdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir.
QHT sədrinin sözlərinə görə, hazırda Azərbaycanda mövcud olan siyasi sabitlik, davamlı iqtisadi inkişaf, multikultural mühit olduqca gərgin zəhmətin və möhkəm siyasi iradə nəticəsində formalaşıb.
O qeyd edib ki, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri yeni islahatlar mərhələsinin əsasını qoymaqla yanaşı, mövcud şəraitin, inkişaf prosesinin davamını da təmin etməlidir: "İnanıram ki, bu seçim nəticəsində Azərbaycan özünün hərtərəfli inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Azərbaycanda keçiriləcək prezident seçkiləri tam demokratik və şəffaf şəkildə baş tutmaqla, xalqımızın siyasi iradəsini ifadə edəcək”.
banner

Oxşar Xəbərlər