• cümə, 19 Aprel, 21:11
  • Baku Bakı 24°C

Fərid Məmmədovun çıxışı dünya mətbuatını heyran edib

25.05.13 13:06 2216
Fərid Məmmədovun çıxışı dünya mətbuatını heyran edib
Britaniya və Amerika mətbuatı "Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədovun çıxışını yüksək qiymətləndiriblər. Milli.Az xəbər verir ki, bu barədə Euromedia-nın mətbuat xidmətindən Trend Life-a bildiriblər.
Britaniyanın "The Daily Mirror" qəzeti qeyd edib ki, Danimarkanın qələbəsinə baxmayaraq, ən çox 12 xal qazanan Azərbaycan təmsilçisi Fərid Məmmədovun "Hold me" mahnısı olub. Danimarka 8 ölkədən 12 xal qazandığı halda, Azərbaycan 10 ölkədən 12 xal qazanıb.
Amerikanın "The Wall Street Journal" qəzetinin jurnalisti isə Fərid Məmmədovun çıxışını ən baxımlı çıxış adlandırıb.
Fransa, Avstriya, İspaniya, İsveçrə, Xorvatiya və Rumıniya mətbuatı da Fəridin çıxışını yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər