• çərşənbə, 24 Aprel, 00:58
  • Baku Bakı 14°C

Fərid Cəfərov: “SOCAR-Polymer layihəsində işlər qrafik üzrə gedir”

05.11.16 14:10 2842
Fərid Cəfərov: “SOCAR-Polymer layihəsində işlər qrafik üzrə gedir”
SOCAR-Polymer layihəsində işlər qrafik üzrə gedir.

"APA-Economics”in məlumata görə, bunu "SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda propilen zavodunun mühəndislik işlərinin 95%-i, satınalma işləri 90%-i, tikinti işlərinin 30%-i həyata keçirilib. Layihənin tamamlanması qrafik üzrə gedir.

F.Cəfərov bildirib ki, propilen zavodunun tikintisinin 2018-ci ilin I rübündə yekunlaşacağı nəzərdə tutulur: "Yüksək sıxlıqlı polietilen zavodunun inşası qrafikdən də irəli gedib. 3-4% qrafiki qabaqlamışıq. Haradasa 2018-ci ilin yayında layihə tamamlanacaq və istehsalat başlayacaq. Hazırda sahədə 1000 nəfər işçi çalışır ki, onların da əksər hissəsi Sumqayıt sakinləridir”.

O qeyd edib ki, Rusiyanın "Qazprombank”ının verəcəyi 489 mln. dollar kreditin artıq 230 mln. dolları ayrılıb. F.Cəfərov əlavə edib ki, hazırda layihənin ümumi xərcləri 340 mln. dollar təşkil edir.
banner

Oxşar Xəbərlər