• çərşənbə axşamı, 23 aprel, 10:57
  • Baku Bakı 20°C

Fərhad Əliyev və Əli İnsanov əfv ərizəsi yazdılar

05.09.13 15:42 2094
Fərhad Əliyev və Əli İnsanov əfv ərizəsi yazdılar
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev prezident İlham Əliyevə əfvlə bağlı müraciət edib. Bu barədə məlumatı AzNews.az-a açıqlamasında vəkil Elton Quliyev bildirib.
Vəkil keçmiş nazir və qardaşı ilə birlikdə anası Şövkət Əliyevanın da dövlət başçısına əfvlə bağlı müraciət etdiyini vurğulayıb: “Mən vəkil olaraq bütün müdafiə etdiyim şəxslərin bir an əvvəl azadlığa çıxmasını istəyirəm”.
Bizimxeber.az-a daxil olan məlumata görə isə, Fərhad Əliyevin ardınca eks-səhiyyə naziri Əli İnsanov da əfv əzirəsi yazıb. Məlumatda qeyd olunur ki, ərizə bir az əvvəl Əli İnsanovun vəkili vasitəsi ilə aidiyyatı qurumlara göndərilib.
banner

Oxşar Xəbərlər