• cümə axşamı, 25 aprel, 00:01
  • Baku Bakı 19°C

Fərhad Bədəlbəyli Özbəkistanda konsert verib

28.10.14 13:27 1387
Fərhad Bədəlbəyli Özbəkistanda konsert verib
SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli Özbəkistan Dövlət Konservatoriyasında geniş konsert proqramı ilə çıxış edib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan konserti Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, iki ölkə arasında mədəni sahədə əlaqələrin inkişafı arzu olunan səviyyədədir. Azərbaycanın incəsənət xadimlərinin tez-tez Daşkəndə dəvət olunduğunu deyən diplomat bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.
Orkestr Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita ifa edib.
Tədbirdə Fərhad Bədəlbəyli Tofiq Quliyevin "Qaytağı"sını səsləndirib.
Konsert proqramının sonunda dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranı səsləndirib.
Qeyd edək ki, tədbirdə Özbəkistanın dövlət nümayəndələri, mədəniyyət, incəsənət sahəsində tanınmış sənət adamları, Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və diplomatları, KİV nümayəndələri iştirak ediblər.
banner

Oxşar Xəbərlər