• cümə, 29 Mart, 04:01
  • Baku Bakı 7°C

"Uşaqlar ölkələrimiz arasında dostluq münasibətlərinin əhəmiyyətini anlayır"

26.06.20 20:00 1110
"Uşaqlar ölkələrimiz arasında dostluq münasibətlərinin əhəmiyyətini anlayır"
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri" "adlı Beynəlxalq onlayn rəsm müsabiqəsi keçirilib və xüsusi qaleriya yaradılıb.
Müsabiqədə müxtəlif ölkələrdən iştirak edən uşaqların rəsmləri və onların təsviriləri əsasında Fond tərəfindən rəngli kitab hazırlanacaq və Türk dünyasının zənginliyi bir daha nümayiş olunacaq.
"Dünyamızı qoruyaq: Türk dünyasının adət -ənənələri” saytının qalereyasının açılış sözündə Fondun prezidenti Günay Əfəndiyeva müsabiqədə iştirak edən uşaqların türk dünyası mədəniyyətinin geniş miqyasını göstərməyi bacardığını vurğulayıb:
"Bu layihənin ideyası dünyamızın gözlənilmədən ciddi və təhlükəli vəziyyətlə üzləşdiyi vaxtda, insan həyatına təhdid edilən bir zamanda yarandı. Müsabiqənin məqsədi yaşadığımız çətin günlərdə mədəniyyət və incəsənətin, bilik əldə etməyin həyatımızda nə qədər mühüm amil olduğunu göstərməkdən ibarət idi. Mən çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız boş vaxtlarını düzgün təşkil edə bildilər və türk dünyası irsinin çoxyönlü olduğunu əks etdirən şəkilləri müsabiqəyə göndərdilər. Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı Türkmənistan, Bolqarıstan və Ukraynadan 600 – dən çox məktəbli bu yarışmaya qoşuldu.Yarışmada iştirak edən uşaqlar öz rəngarəng əsərlərində türk dünyası mədəniyyətinin geniş miqyasını göstərməyi bacardılar. Rəsmlər türk xalqlarının zəngin mənəvi dünyasını: ayinləri, mərasimləri, adət-ənənələri, oyunlarımızı, musiqimizi nümayiş etdirdilər. Şəkillərdə qədim türk dastanlarından parçalar, folklorumuzun ölməz qəhrəmanları da əks olundu. Eyni zamanda fərəhli cəhətdir ki, uşaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini anlayaraq, öz işlərində bunu ifadə etməyə çalışmışlar. Bu layihə həmçinin uşaqlarımızın böyük yaradıcılıq potensialını göstərdi. Mən inanıram ki, müsabiqədə iştirak edən hər bir uşaq gələcəkdə bu potensialı tam şəkildə həyata keçirə biləcək və cəmiyyətdə öz layiqli yerini tutacaq".
Müsabiqəyə 700-ə yaxın rəsm göndərilmişdir Göndərilən rəsmlər 12 kateqoriyaya bölünmüşdür.
1-Dədə Qorqud
2-İRSimiz
3-Adət-ənənələr
4-Səmazənlər
5-Türk Dünyasının qadınları
6-Novruz
7-Xalçalar
8-Milli Mətbəx
9-Musiqi
10-Oyunlar
11-Dünyamızı qoruyaq
12-Türk Birliyi
Onlayn səs vermə yolu ilə hər kateqoriyalar üzrə bir qalib, Adət-ənənələr kateqoriyası üzrə isə eyni bal topladığı üçün iki qalib seçilmişdir.
Eyni zamanda 6-9, 10-13, 14-16 yaş kateqoriyası olan uşaqlar arasında 1-ci, 2-ci, 3-cü yerin sahibləri, eləcə də "Dostluq", "Birlik", "Bilik", "Sülh" nominasiyaları "Qran-pri" mükafatı üzrə müxtəlif ölkələrdən olan qaliblər Beynəlxalq musifler heyyeti tərəfindən müəyyənləşdirilmişdir.
Pandemiya COVID-19 ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra mükafatlandırma mərasimi keçiriləcək və qaliblər Fondun xüsusi hədiyələri ilə, bütün iştirakçılar isə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sertifikatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqənin qaleriyası və qalibləri ilə aşağıdakı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun saytından tanış ola bilərsiniz.
https://itchf.org/gallery/?s=111
banner

Oxşar Xəbərlər