• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 min 919 nəfər təşkil edir

29.07.17 18:21 7075
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 min 919 nəfər təşkil edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 min 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindənAZƏRTAC-a bildiriblər ki, fərdi uçot sistemində şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yeri Türkiyə (14 min 799 nəfər), Gürcüstan (3286 nəfər) və Rusiya (2108 nəfər) vətəndaşları tuturlar. Eyni zamanda, Özbəkistandan 1764, Hindistandan 1476, İrandan 1011, Çindən 927, Banqladeşdən 871, Pakistandan 746, Böyük Britaniyadan 715, Ukraynadan 610, Türkmənistandan 330, Filippindən 376, ABŞ-dan 264, Almaniyadan 250, Qazaxıstandan 264, İtaliyadan 216 nəfər və s. ölkələrdən olan əcnəbilər sistemdə qeydiyyatdadır.
2006-cı il yanvarın 1-dən tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.
Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 2017-ci il 1 iyul tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.
banner

Oxşar Xəbərlər