• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

Fərdanın maşınını əlindən almayıblar? - Məhkəmə qalmaqalı

29.04.14 13:38 1069
Fərdanın maşınını əlindən almayıblar? - Məhkəmə qalmaqalı
Axşam.az-a açıqlama verən Fərda bank tərəfindən məhkəməyə verildiyini təsdiqləyib. Amma aktyor avtomobilinin hələ də özündə olduğunu bildirib:
“Banka borcum var, amma kreditimi vaxtında ödəyirəm, problem yoxdur. Əvvəl mənə başqa bir məbləğ deyilmişdi. Sonra həmin məbləğ artırıldı, söz danışıldığı kimi davam etmədi. Avtomobil özümdədir, əlimdən alınmayıb. Maşın mənim adımadır. Məhkəmə prosesi yanvardan başlayıb və mayın ortasında bitəcək. Əminəm ki, nəticə mənim xeyrimə olacaq”.
Qeyd edək ki, bu barədə xəbəri Qafqazinfo.az saytı yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı məşhur aktyor Fərda Xudaverdiyevi məhkəməyə verib. Bank borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddia qaldırıb. Belə ki, bankdan pul götürən F.Xudaverdiyev avtomobilini girov qoyub. Ödəmə ilə bağlı mübahisə yarandığından bank məhkəməyə müraciət edib. İşə Xətai rayon Məhkəməsində baxılır.
banner

Oxşar Xəbərlər