• cümə axşamı, 25 aprel, 04:31
  • Baku Bakı 19°C

“Fərat qalxanı” hərəkatının 152-ci günündə 165 İŞİD hədəfi vurulub

22.01.17 14:45 747
“Fərat qalxanı” hərəkatının 152-ci günündə 165 İŞİD hədəfi vurulub
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.
AZƏRTACAnadolu informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatların 152-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 165 hədəfini vurub və 11 terrorçunu zərərsizləşdirib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə "Fərat qalxanı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.
banner

Oxşar Xəbərlər