• şənbə, 20 Aprel, 14:45
  • Baku Bakı 23°C

“Fənərbaxça“nın avtobusunda bomba axtarışı

18.05.15 16:15 913
“Fənərbaxça“nın avtobusunda bomba axtarışı
"Fənərbaxça"nın Türkiyə superliqasında "Mersin İdmanyurdu"na 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra klubun avtobusunda axtarış aparılıb.
“Qol.az”-ın məlumatına görə, avtobusda bomba olduğu xəbəri polisləri hərəkətə keçirib.
Xüsusi təlim görmüş itlərin vasitəsi ilə həyata keçirilən əməliyyatda heç nə tapılmayıb.
Klubun nümayəndəsi Mahmut Uslu məlumatı təsdiqləyib: "Axtarışın hansı səbəbdən aparıldığı haqda məlumatımız yoxdur. Onu polisdən soruşmaq lazımdır".
banner

Oxşar Xəbərlər