• şənbə, 20 Aprel, 09:43
  • Baku Bakı 14°C

“Fənər” onu istəyir, TFF icazə versə

30.10.18 13:40 603
“Fənər” onu istəyir, TFF icazə versə
"Ankaragücü” ilə oyundan sonra (1:3) baş məşqçisi Filip Koku ilə yollarını ayıran "Fənərbaxça” rəhbərliyi vaxt itirmədən yeni çalışdırıcının axtarışlarına başlayıb.
Kaspi.az xəbər verir ki, İstanbul təmsilçinin baş məşqçi postuna ən real namizəd hazırda Türkiyə millisinin "sükanı” arxasında olan Mirça Luçeskudur. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
"Fənərbaxça”nın prezidenti Ali Koçun rumıniyalı mütəxəssis üçün Türkiyə Futbol Federasiyasından (TFF) icazə istəyəcəyi bildirilir. Federasiya ilə razılıq əldə olunarsa, Luçesku milli komandadakı vəzifəsindən istefa verib, "bülbüllər”in "sükanı arxasına” keçəcək. 73 yaşlı mütəxəssisin bu məsələyə müsbət yanaşdığı bildirilir.
2017-ci ildən Türkiyə yığmasının baş məşqçisi olan Luçesku, 2000-2002-ci illərdə "Qalatasaray”ın, 2002-2004-cü illərdə isə "Beşiktaş”ın baş məşqçisi olub.
banner

Oxşar Xəbərlər