• cümə axşamı, 28 mart, 19:01
  • Baku Bakı 13°C

Fələstin səfiri: “Bu gün Azərbaycan bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir”

13.06.17 15:50 1376
Fələstin səfiri: “Bu gün Azərbaycan bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir”
"Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz”.
APA-nın məlumatına görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Rəhim prezident İlham Əliyevin Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.
O qeyd edib ki, Azərbaycan İslamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir. "Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan-yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanına malikdirlər. Beləliklə, bütün dünyadan gəlmiş qonaqlar ölkələrinə Azərbaycan və İslam haqqında təsəvvür etdikləri imici müsbət qaydada daha yaxşı qavrayaraq qayıtdılar”.
Səfir bildirib ki, müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, ölkənizin tərəfindədir və beynəlxalq hüququn,BMT-nin bütün qətnamələrinin ayrı-ayrı deyil, bərabər qaydada həyata keçirilməsi çağırışına qoşulur: "Bu müqəddəs ayda, cənab Prezident, biz arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın. Arzu edirik ki, dağıntı və terror yayaraq, İslamın adını ləkələyən pis əməllərə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə ümmətimiz qalib gəlsin, doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi özünün layiqli yerini bərpa etsin”.
banner

Oxşar Xəbərlər