AZE | RUS | ENG |

Fələstin Polşada keçiriləcək beynəlxalq sammitdə iştirak etməyəcək

Fələstin Polşada keçiriləcək beynəlxalq sammitdə iştirak etməyəcək
Fələstin rəsmiləri fevralın 13-14-də Polşanın Varşava şəhərində keçiriləcək Yaxın Şərqdə Təhlükəsizlik Sammitində iştirak etməyəcəklərini açıqlayıblar.
 
AZƏRTAC xəbər verir ki, ABŞ rəsmisi bununla bağlı jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, Ağ Evin baş məsləhətçisi Jared Kuşner sözügedən tədbirdə Fələstin və İsrail arasındakı münasibətləri müzakirə etmək istəyirmiş. Lakin Fələstin tərəfi bu təklifə müsbət cavab verməyib.
 
Fələstinin danışıqlar üzrə əsas nümayəndəsi Saib Erekat şəxsi Twitter səhifəsində məsələyə münasibət bildirib: "Bizim mövqeyimiz aydındır. Biz bu konfransda iştirak etməyəcəyik və bir daha bildiririk ki, heç kimdən Fələstinin adından danışmağı xahiş etməmişik”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906