• cümə, 29 Mart, 15:35
  • Baku Bakı 14°C

Federika Moqerini: Avropa İttifaqı Ukraynadan bezməyib

12.03.18 09:20 504
Federika Moqerini: Avropa İttifaqı Ukraynadan bezməyib
Avropa İttifaqı Ukrayna və onun hakimiyyətindən bezməyib.
AZƏRTACxəbər verir ki, bu fikri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Ukraynaya səfəri öncəsi UNİAN agentliyinə müsahibəsində söyləyib.
Moqerini hesab edir ki, Ukrayna ilə Avropa İttifaqı arasında siyasi və diplomatik aktivlik heç vaxt indiki qədər intensiv olmayıb.
Onun fikrincə, bəzi islahatlar var ki, Avropa İttifaqının arzuladığı kimi getmir.
Aİ-nin ali nümayəndəsi hesab edir ki, Ukrayna korrupsiya ilə bağlı islahatları intensivləşdirməlidir.
Qeyd edək ki, Moqerininin Ukraynaya səfəri bu gün başlayır. Səfər çərçivəsində ali nümayəndə Ukrayna Prezidenti Petro Poroşenko və Baş nazir Qroysmanla görüşəcək.
banner

Oxşar Xəbərlər