• cümə, 29 Mart, 09:53
  • Baku Bakı 5°C

Federasiya prezidentinə qarşı 3 cinayət işi açıldı

13.11.18 11:20 555
Federasiya prezidentinə qarşı 3 cinayət işi açıldı
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko korrupsiyada ittiham olunur.
Kaspi.az xəbər verir ki, Pavelkoya qarşı 3 cinayət işi açılıb. Onun vəkili Olqa Stupinskoqonun verdiyi məlumata görə, Ukrayna Milli Antikorrupsiya Bürosu prezidentə qarşı "Hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə”, "Bəyannamədə qeyri-səhih məlumat verilməsi” və "Qanunsuz varlanma” maddələri ilə ittiham irəli sürüb.
Ukrayna prokurorluğu isə onu "Hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadənin ağır nəticələrə səbəb olması, xüsusi ilə külli miqdarda vəsaitin vəzifədən sui-istifadə yolu ilə mənimsənilməsi” maddəsi ilə ittiham edir.
Ukrayna polisi isə Pavelkoya qarşı "Vəzifədən sui-istifadə etməklə əmlakın mənimsənilməsi və israf edilməsi” maddəsi ilə cinayət işi açıb.
banner

Oxşar Xəbərlər