AZE | RUS | ENG |

Fədayə Laçının vəkili üzləşdirmədən danışdı: Olmayıb

Fədayə Laçının vəkili üzləşdirmədən danışdı: Olmayıb
Həbsdə olan müğənni Fədayə Laçınla bağlı hələ ki heç bir istintaq hərəkətləri aparılmır.

Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkilin sözlərinə görə, cinayət işi ilə bağlı Fədayə Laçının iştirakı ilə istintaq hərəkətləri aparılmayıb: "Hələ ki, Fədayə Laçın iş üzrə saxlanılan şəxslərin heç biri ilə üzləşdirilməyib. Fədayə Laçının bir vəkili var, o da mənəm. Mənim iştirakım olmadan Fədayə xanımla bağlı heç bir istintaq hərəkəti, üzləşmə aparıla bilməz. Vəkili olduğum vaxtlarda Fədayə Laçın heç kimlə üzləşdirilməyib".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2966
TRY 1 Türk lirəsi 0.3806
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 2.0069
CHF 1 İsveçrə frankı 1.6986
USD 1 ABŞ dolları 1.7000