• cümə, 19 Aprel, 08:06
  • Baku Bakı 13°C

Fədayə Laçının həbs müddəti uzadılıb

15.01.18 19:57 696
Fədayə Laçının həbs müddəti uzadılıb
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni FədayəLaçınvə digərlərinin həbs müddəti uzadılıb.
F.Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, həbs qətimkan tədbirinin müddəti Nəsimi rayon Məhkəməsinin qərarı iləartırılıb. O, F.Laçınbarəsində olan qərardan apellyasiya şikayəti verdiklərini, şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacağını deyib.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.E. Məmmədov isə bir neçə gün sonrakeçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni FədayəLaçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.
banner

Oxşar Xəbərlər