• cümə axşamı, 25 aprel, 18:19
  • Baku Bakı 21°C

Fədayə Laçının şikayəti təmin olunmayıb

21.12.17 13:40 1098
Fədayə Laçının şikayəti təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni FədayəLaçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə qərar qəbul olunub.

Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib, Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

FədayəLaçının vəkili Türkel Süleymanov bildirib ki, prosesdə FədayəLaçınözü də iştirak edib: "Məhkəmənin qərarı humanist deyil. Onun səhhətində problem var və müalicə olunmalıdır. Fədayə xanım iclasda dedi ki, aldadılıb”.

Vəkil yaxın günlərdə yenidən ölkə prezidentinə müraciət edəcəklərini açıqlayıb.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni FədayəLaçındır. FədayəLaçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.
banner

Oxşar Xəbərlər