• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

FED: Uçot dərəcəsi qarşıdakı bir neçə ildə artırılacaq

10.11.16 10:54 860
FED: Uçot dərəcəsi qarşıdakı bir neçə ildə artırılacaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (Federal Reserve System, FED) qarşıdakı bir neçə il ərzində uçot dərəcəsini artıra bilər. "APA-Economics" xəbər verir ki, bu barədə San-Fransisko ştatının Federal Ehtiyat Bankının prezidenti Con Uilyams (John Williams) bildirib.
C. Uilyams bildirib ki, FED-in qərarına inflyasiyanın hədəflənən 2% səviyyəsinə çatması təsir edəcək. "İnflyasiya qarşıdakı 1 və ya bir neçə il ərzində 2% səviyyəsinə çatacaq", - deyə C. Uilyams bildirib.
Bununla yanaşı, FED rəsmisi bildirib ki, məşğulluqla bağlı hədəflərə nail olunmaq üzrədir. "Qlobal amilləri nəzərə alaraq, FED bir qədər yavaşlamalı, gözləmə mövqeyi tutmalıdır", - deyə C. Uilyams qeyd edib.
banner

Oxşar Xəbərlər