• cümə axşamı, 25 aprel, 16:53
  • Baku Bakı 23°C

FED-in koronavirus qərarı

16.03.20 19:32 1955
FED-in koronavirus qərarı
Məqsəd virusun ABŞ iqtisadiyyatına vurduğu mənfi təsirləri minimuma endirməkdir

Bu günlərdə ABŞ-ınFederal Ehtiyat Sistemi(FED)uçotdərəcəsini0-0,25%-əqədər endirib. Məlumatda bildirilir ki, FEDkoronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildəazaldıb. "Koronavirusun fəsadlarıqısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır", - deyə nizamlayıcının açıqlamasında bildirilir. Qeyd edək ki,ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirənFederal Ehtiyat Sistemi martın 3-də dəuçot dərəcəsinə baxıb. Həmin vaxt FEDuçot dərəcəsini0,5%bənd azaldıb və1-1,25%səviyyəsindəsaxlayıb.FED daha əvvəl uçot dərəcəsinə yanvarın sonunda baxıb və sabit -1,5-1,75%səviyyəsində saxlayıb.Bununla yanaşı Avropa birjalarında indekslər koronavirusun (COVİD 19) yayılması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) ucot dərəcəsini azaltmasından sonra kəskin şəkildə aşağı düşüb. Belə ki, birjalar bu göstəricilərlə son6ilin minimumunu yeniləyib. Məlumata görə, İngiltərənin "FTSE 100” indeksi4,5%, Almaniyanın "DAX”5,3%, Fransanın "CAC 40”5%, İtaliyanın "FTSE MIB”3,2%, İspaniyanın "İBEX 35” indeksi4,2% azalıb. Bəs görəsən FED-in u qərarı nəyə hesablanıb? Ümumiyyətlə, ABŞ mərkəzi bankının bu qərarı manatın məzənnəsinə bu və ya digər şəkildə təsiri olacaqmı?

İqtisadçı millət vəkili Azər Badamov deyir ki, əsas məqsəd ABŞ iqtisadiyyatını mənfi ssenarilərdən sığortalamaqdır: "FED-in uçot dərəcəsini aşağı salmasında əsas məqsədi dolların qiymətinin digər valyutalara nisbətən qalxmasının qarşısını almaqdır. Bu həm də ABŞ iqtisadiyyatını mənfi ssenarilərdən sığortalamaq üçün atılmış bir addımdır. Çünki əks halda ABŞ-ın özünün ixrac etdiyi məhsulların qiymətində bahalanma olacaq. Bu qərar müəyyən mənada bizə də təsir edəcək. Belə ki, son günlər ərzində hər kəs dolların bahalaşacağından ehtiyat edirdi. Verilən bu qərardan sonra manatın kursunun möhkəmlənəcəyini düşünürəm. Yəni, devalvasiya ehtimalı gözlənilmir. Azərbaycanın neft gəlirləri dollarla olur. Bu mənada FED-in bu qərarı Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. Son günlərdə bütün ölkələrdə sürətlə yayılan koronavirus epidemiyası aparıcı ölkələrin iqtisadi gücünə ciddi zərbə vurur. ABŞ da bu təsirlərdən yan keçmir. Ona görə də Amerikanın Mərkəzi Bankı bu zərərləri minimuma endirmək üçün belə bir qərar qəbul edib. Hesab edirəm ki, qərar həm də dollarla əməliyyatlar aparan ölkələrin iqtisadiyyatına da müsbət təsir göstərəcək. Çünki ən azından yaxın günlərdə dolların kəskin bahalaşması olmayacaq”.
İqtisadçı millət vəkili Vüqar Bayramov söylədi ki, FED tərəfindən uçot dərəcəsinin aşağı salınması ilə bağlı qərarın qəbul edilməsi gözlənilən idi: "Məqsəd koronavirusun ABŞ iqtisadiyyatına vurduğu mənfi təsirləri minimuma endirməkdir. FED aparıcı səbət valyutalar qarşısında dolların məzənnəsinin qorunub saxlanılmasında maraqlıdır. Çünki bu qərarı qəbul etməsə idi, dollar digər valyutaların məzənnələrinə nisbətən artımların olacağı gözlənilirdi. Yəni ABŞ Mərkəzi Bankının hazırda ən böyük məqsədi dolların mövcud məzənnəsini sabit saxlamaqdır. Amma uçot dərəcəsinin azaldılması heç də dolların kəskin ucuzlaşacağı anlamına gəlmir. Yəni yaxın günlər ərzində inkişaf etmiş və inkişafda olan ölkələrin bazarlarında dolların məzənnəsində ciddi ucuzlaşmalar gözlənilmir. FED-in son qərarının Azərbaycanın valyuta bazarına birbaşa təsirlərinin olacağını düşünmürəm. Bu mənada uçot dərəcəsinin azaldılması qərarından sonra dolların ucuzlaşacağını düşünmək lazım deyil. Yəni ümumilikdə dolların dəyər itirəcəyi proqnoz edilmir. Dolların məzənnəsi artarsa ABŞ-ın ixrac imkanları məhdudlaşa bilər. ABŞ hazırda özünün mövcud ixrac imkanlarını qoruyub saxlamağa çalışır. Qərar ABŞ-ın bazarda üstünlüyünü saxlamaq üçün atılan bir addım kimi qiymətləndirilə bilər. ABŞ praktik olaraq prosesə səbət valyutaların məzənnəsini sabit saxlamaqla təsir göstərməyə çalışır. Mövcud situasiyada öz ixrac potensialını daha da gücləndirməyə çalışır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər