• şənbə, 20 Aprel, 11:54
  • Baku Bakı 14°C

FED ABŞ-da prezident seçkiləri öncəsi uçot dərəcəsini artırmayacaq

14.10.16 12:45 776
FED ABŞ-da prezident seçkiləri öncəsi uçot dərəcəsini artırmayacaq
Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinədək Federal Ehtiyatlar Sistemi (FED) pul-kredit siyasətini dəyişməyə bilər. "APA-Economics" xəbər verir ki, bunu Filadelfiya Federal Ehtiyat Bankının prezidentinin Patrik Harker bildirib.

Eyni zamanda P. Harkerin sözlərinə görə, ABŞ iqtisadiyyatı "heç də pis təsir bağışlamır" və əmək bazarı stabildir.

Maraqlıdır ki, FED rəsmiləri adətən seçki prosesindən kənarda qalmağa çalışır. Bu baxımdan P. Harkerin açıqlaması təəccüb doğurmaya bilməz. Ekspertlərin sözlərinə görə, P. Harkerin "qəribə etirafı" onu deməyə əsas verir ki, FED öz siyasətini yeni prezidentin kimliyindən asılı olaraq quracaq.

Düzdür, P. Harker bu il FED-in toplantılarında səsvermə hüququna malik deyil və yalnız 2017-ci ildə bu hüququ əldə edəcək. Daha bir maraqlı məqam ondan ibarətdir ki, P. Harker 1-2 noyabr tarixlərində baş tutacaq FED-in toplantısında müzakirələrdə iştirak edəcək.

İnvestorlar isə prezident seçkilərindən öncə uçot dərəcəsinin artırılacağına inanmır.
banner

Oxşar Xəbərlər