• çərşənbə, 24 Aprel, 23:02
  • Baku Bakı 23°C

Fazil Mustafa: “Onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik”

02.06.20 11:51 455
Fazil Mustafa: “Onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik”
"Bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir, qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb: "Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.
Deputat Fazil Mustafaəvvəllər parlamentdə komitə sədrlərinin inhisarçılığının hiss olunmasına da diqqət çəkib: "İndi isə adi komitə üzvü də qanun layihələrini təqdim edir. Bu, çox müsbət haldır.Biz müxalifəti təmsil ediriksə, əsasən müxalif fikirlər səsləndirməliyik. Bununla belə, təqdir olunası işləri də qeyd etməliyik".
banner

Oxşar Xəbərlər