• çərşənbə axşamı, 23 aprel, 14:28
  • Baku Bakı 24°C

Fazil Məmmədov məşqçini işdən çıxardı

03.07.14 15:30 1326
Fazil Məmmədov məşqçini işdən çıxardı
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, federasiyanın prezidenti Fazil Məmmədovun əmri ilə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev tutduğu vəzifədən azad edilib.
Onun yerinə, bir vaxtlar sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olmuş, yığma komandanın baş məsləhətçisi Saypulla Absaidov təyin olunub.
banner

Oxşar Xəbərlər