Faytonçu Nazim “Darıxmışam, Bakıdan danış” adlı solo konsert verəcək
Faytonçu Nazim noyabrın
29-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bununla bağlı
Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrini ətrafına cəm edən ifaçı
məlumat verdi. "Darıxmışam, Bakıdan
danış” adlı konsertdə müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağımızı
bildirdi. Konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli də
mətbuat nümayəndələrin suallarını cavablandırdı.
İfaçı konsert proqramı ilə çıxış etməyi onun çoxdankı arzusu olduğunu bildirdi. 50 yaşında bu qərara gəlməsi isə heç də təsadüfə olmayıb. Konsertin adının isə "Darıxmışam, Bakıdan danış” adlanmasının da bir mənası var: "Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim”.

Konsertlə bağlı danışan
müğənni konsertdə tamaşaçıları bir çox sürprizlərin gözlədiyini qeyd etdi: "Düşünürəm
ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo
konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə
qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək”.
Konsertdə gecənin qonağı
isə israilli müğənni Liyora da iştirak edəcək.Faytonçu Nazimin
konsertinin biletlərin qiyməti 10-80 manat arasında dəyişəcəyini bildirdi.