• cümə, 19 Aprel, 08:03
  • Baku Bakı 13°C

Fatmayıda hoteldə qətlə yetirilən qızın qatili tapıldı

24.09.18 12:22 577
Fatmayıda hoteldə qətlə yetirilən qızın qatili tapıldı
Sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki hotellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyidinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN-dən Trend-ə verilən məlumata görə, qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər