• cümə axşamı, 25 aprel, 10:28
  • Baku Bakı 14°C

Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb

06.10.19 13:45 839
Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.
FHN-dənAZƏRTAC-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.
XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir.
Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

banner

Oxşar Xəbərlər