• şənbə, 20 Aprel, 10:45
  • Baku Bakı 14°C

Fatih Terim: “Üzr istəyirik“

10.09.14 13:48 1130
Fatih Terim: “Üzr istəyirik“
"İslandiyanın bizi məğlub edəcəyini heç kəs gözləmirdi. Qapımızda qol buraxdıqdan sonra fərqlənə bilərdik. Uduzmağımızın səbəbi on nəfərlə qalmağımız olmadı. Bu matça sanki hazır deyildik. Havanın küləkli olması oyunumuza təsir etdi. Məğlub olmağa layiq idik. Rəqib bizdən bu matçda güclü idi".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın seçmə mərhələsində İslandiyaya məğlub (0:3) olduqları oyundan sonra deyib.
O, uduzduqları üçün azarkeşlərdən üzr istəyib: "Biz yaxşı komandayıq, ancaq bugünkü oyunumuzu alınmadı. Hər kəsdən üzr istəyirik".
banner

Oxşar Xəbərlər