• cümə axşamı, 28 mart, 21:30
  • Baku Bakı 13°C

Fatih Terim: “Günahkar mənəm“

14.10.14 15:30 1220
Fatih Terim: “Günahkar mənəm“
Avro-2016-nın seçmə mərhələsində Latviya ilə heç-heçə (1:1) oynayan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim açıqlama verib. Komandasının son oyununu şərh edən “İmperator” ləqəbli çalışdırıcı məsuliyyəti öz üzərinə götürüb: “Təbii ki, heç-heçə məni qane edə bilməz. Qələbə qazanmalıydıq. Futbolçularım əllərindən gələni etdilər. Günahkar mənəm. Çünki heyəti mən qururam. Əgər qələbə qazana bilməmişiksə, deməli, bütün məsuliyyəti öz üzərimə götürməliyəm. Son 2 oyunda 6 xal toplamalıydıq. Di gəl ki, cəmi 1 xal qazana bildik. Bu durum məni də narahat edir”.
banner

Oxşar Xəbərlər