• cümə, 29 Mart, 16:26
  • Baku Bakı 14°C

Fatih Şener: "Neftin bahalaşması Türkiyənin Azərbaycana ixracını artıracaq"

16.01.17 09:45 951
Fatih Şener: "Neftin bahalaşması Türkiyənin Azərbaycana ixracını artıracaq"
Neftin 1 barrelinin qiyməti 70-75 dollaradək yüksəlməsi Türkiyənin Azərbaycanla ticarət əlaqələrinə müsbət təsir edəcək. "APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Birliyi icraçı katibi Fatih Şener bildirib.
"OPEC üzvləri və kartelə üzv olmayan ölkələr tərəfindən neftin hasilatının azaldılmasına dair əldə etdiyi razılaşma "qara qızıl"ın 70-75 dollaradək bahalaşmasına səbəb ola bilər. Bunun bir neçə neqativ təsiri ola bilər, lakin bunun hesabına Türkiyənin neft ixrac edən ölkələrlə ticarət dövriyyəsi artacaq. Türkiyənin İqtisadiyyat Nazirliyi 2017-ci ildə 155 mlrd. dollarlıq ixrac proqnozlaşdırır. 2013-cü ildə Türkiyə ilə Şimali İraqarasında ticarət dövriyyəsi 12 mlrd. dollar idi, hazırda isə bu göstərici 6 mlrd. dollar təşkil edir. Bunun əsas səbəbiİraqiqtisadiyyatının neftdən asılı olmasıdır. Azərbaycan, Qazaxıstan, Rusiya iqtisadiyyatları da neftdən asılı olduğu üçün xammalın kəskin ucuzlaşması Türkiyə ilə ticarət dövriyyəsinə mənfi təsir edib. Halbuki, bu ölkələr Türkiyənin əsas ticarət tərəfdaşları idi. Neft bahalaşarsa, Türkiyənin bu ölkələrə ixracı artacaq", - deyə F. Şener qeyd edib.
banner

Oxşar Xəbərlər