• şənbə, 20 Aprel, 19:16
  • Baku Bakı 24°C

Fatih Birol: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

12.09.18 12:08 532
Fatih Birol: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır.
AZƏRTACxəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, Avropa İttifaqı ötən illərdə qitənin enerji təhlükəsizliyi üçün vacib qərarlar qəbul edib. Burada əsas məsələ təbii qaz tədarükü üzrə mənbələrin və marşrutların şaxələndirilməsidir: "Düşünürəm ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələri mühüm əhəmiyyət kəsb edir. TANAP boru kəməri artıq istifadəyə verilib, TAP-la bağlı işlərin də vaxtında icra olunacağına inanıram".
banner

Oxşar Xəbərlər