• çərşənbə axşamı, 23 aprel, 21:20
  • Baku Bakı 20°C

Fateh Terim “Qalatasaray”dan uzaqlaşdırılır?

24.09.13 12:28 1480
Fateh Terim “Qalatasaray”dan uzaqlaşdırılır?
APA-nın xəbərinə görə, bu sözləri bu gün İstanbulda jurnalistlərə açıqlamasında “Qalatasaray” klubunun prezidenti Ünal Aysal deyib.
Son günlər baş məşqçi Fateh Terimlə aralarında yaranmış problemə dair sualları cavablandıran Ü. Aysal bildirib ki, F. Terim klub rəhbərliyinin 2 illik yeni müqavilə imzalamaq təklifini rədd edib: “Fateh hocamızın milli komandada çalışmağa başlamasından sonra problem yarandı. Bir gün bu işin bu hala necə gəldiyi haqda sizlərə ətraflı məlumat verəcəyik, amma hələlik o gün bu gün deyil. Bu, bizim daxili işimizdir və problemi həll etmək üçün əlimizdən gələni edirik. Bir az səbr etməyinizi rica edirəm”.
Ü. Aysalın sözlərinə görə, ortada fikri ayrılıqları, uyğunsuzluq varsa, bunu həll etmək klub rəhbərliyinin vəzifəsidir: “Mən hər cür qərarı vaxtında vermək məcburiyyətindəyəm. Harada bir çatışmazlıq varsa, oranı təmir etməliyik. Hələlik başqa məşqçilərlə əlaqə qurmamışıq. Lazım gələrsə, qısa müddətdə bunu edə bilərik”.
“Qalatasaray” prezidentinin bu açıqlamalarını şərh edən Türkiyə idman jurnalistləri F. Terimin tezliklə vəzifədən uzaqlaşdırılacağını bildiriblər.
Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi F. Terimin milli komandanın baş məşqçisi olmasını və həm milli komandanı, həm də “Qalatasaray”ı eyni anda çalışdırmaq fikrini narazılıqla qarşılayıb. Onlar Terimə yeni müqavilə təklif edərək ya “Qalatasaray”ı, ya da milli komandanı seçməsini təklif etsələr də, təcrübəli mütəxəssis bunu qəbul etməyib.
banner

Oxşar Xəbərlər