• cümə, 29 Mart, 03:35
  • Baku Bakı 7°C

Faşizm ideyalarının çiçəklənməsi bütün bəşəriyyət üçün təhlükəlidir

13.10.19 12:39 452
Faşizm ideyalarının çiçəklənməsi bütün bəşəriyyət üçün təhlükəlidir
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında faşistlərə xidmət edən Qaregin Njdenin kim olduğunu sübut etməklə nəinki Nikol Paşinyana, Ermənistana daha bir sərt sillə vurdu.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısıElman Məmmədovdeyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev erməni tərəfə vaxtaşırı bu cür zərbələr vurur:"Dövlət başçımız çox nüfuzlu beynəlxalq tədbirlərdə Ermənistanın, ermənilərin və onların rəhbərlərinin kim olduqlarını faktlarla bəyan edir. Cənab Prezident həmişə bu cür tədbirlərdə onların iç üzünü açıb göstərir, kimliklərini ortaya qoyur. Amma çox təəssüf ki, Ermənistan rəhbərliyi ibrət dərsi götürmür. Sonuncu dəfə Valday klubunda Nikola Paşinyana tutarlı cavab verən Prezident İlham Əliyev bu dəfə də Aşqabadda ümumilikdə ermənilərə sillə vurdu. İlham Əliyev Qaregin Njdenin faşistlərə yardım etdiyini tarixi mənbələrə istinadla xatırlatdı. Prezident rəsmi mənbəni ortaya qoyub Qaregin Njdenin Böyük Vətən Müharibəsində faşistlərə xidmət etdiyini sübuta yetirdi və bütün dünyaya bəyan etdi ki, ermənilər ötən əsrdən faşist ideologiyası ilə yaşayır, özlərindən başqa heç kimi qəbul etmək istəmirlər".
E.Məmmədov əlavə edib ki, Azərbaycan Prezidenti onu da sübut etdi ki, ermənilər həmişə faşist ideologiyası ilə hərəkət edib, türklərə, müsəlmanlara qarşı törətdikləri soyqırımı və qətliamlarla daim bu ideologiyada olduqlarını isbat ediblər: "Onlar bu gün də həmin ideologiya ilə yaşayırlar. Qaregin Njdeyə Ermənistanda 6 metrdən hündür heykəl qoyulması da bunun konkret təsdiqidir. Qaregin Njdenin şüarı "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur" olub. Bu da onu göstərir ki, faşist Almaniyası ilə faşist Ermənistan əlbir olub".
Deputat bildirib ki, Prezident İlham Əliyev bu tədbirdəki çıxışında daha bir faktı açıqlamaqla Ermənistanı müdafiə edənlərə mesaj göndərdi: "Azərbaycan Prezidenti bildiridi ki, əgər Bakı nefti olmasaydı, Böyük Vətən Müharibəsində SSRİ qələbə çala bilməzdi. Bu da çox yerində və məqamında deyilən fakt oldu ki, bu gün Ermənistanı müdafiə edənlər keçmişi düşünsün, ədalətli olsun və faşisti müdafiə etməsinlər.
Hesab edirəm ki, cənab Prezidentin bu qətiyyətli, cəsarətli və dəyərli mövqeyi bir daha ermənilərin iç üzünün açılaraq ifşa olunmasına səbəb oldu. Ümumiyyətlə, Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi".
İlham Əliyevin bu qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir.
Bunu isə Trend-ə Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüTahir Mirkişilideyib.
Onun sözlərinə görə, müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir: "Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njdeyə rəsmi olaraq heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və bunlar sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq etmişdir. Belə bir faşist cinayətkara Ermənistanda heykəl qoyulması ilk növbədə Ermənistan hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlir. Onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlinin müəllifləri olublar".
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrinin dövlət başçılarının görüşündə bu məsələni qaldırması, onu tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökumətini heykəlin götürülməsinə çağırması faşizmə qarşı 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi: "Bu, həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə, eləcə də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına bir çağırış idi. Regionda sülh, əmin-amanlıq və mehriban birgəyaşayışda ən çox maraqlı olan bir ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır və bunu bütün bəşəriyyət üçün ən böyük təhlükə hesab edir. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan lider kimi Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xaqlarının maraqlarına xidmət edir!".
banner

Oxşar Xəbərlər