• çərşənbə axşamı, 23 aprel, 19:05
  • Baku Bakı 20°C

Faşist ideologiyasından ilham alan erməni millətçiliyi

20.09.18 16:50 511
Faşist ideologiyasından ilham alan erməni millətçiliyi
Faşist ideologiyasından ilham alan erməni millətçiliyi bu gün sözün əsl mənasında Ermənistanda hakim ideologiyaya çevrilib. Konkret fakt da ortadadır – erməni faşist cəlladı Qaregin Njdeyə heykəl qoyulması onu göstərir ki, irqçilik və faşizm bu ölkənin dövlət siyasətidir. İndi Ermənistanda belə bir adama heykəl qoyulması, onun haqqında filmlər çəkilməsi, kitablar yazılması o deməkdir ki, faşizm bu ölkədə hələ də tüğyan edir. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin törətdiyi qətllərin sayı-hesabı yoxdur. Xüsusən 1918-1920-ci illərdə Zəngəzurda, Göyçədə törətdiyi qırğınlar, azərbaycanlıların öldürülməsi və bu bölgədən çıxarılması Njdenin "əməyi” idi. Maraqlıdır ki, uzun illər bu məsələni qabartmaq istəməyən Ermənistan hakimiyyəti, bir neçə il bundan əvvəl bu faşist daşnak cəlladına heykəl qoymaq barədə qərar qəbul etdi. Beləliklə, 2016-cı ilin ikinci yarısı və 2017-ci il boyu dünyanın müxtəlif ölkələrində nəşr olunan rusdilli mətbuatda Yerevanın mərkəzi meydanlarından birində erməni faşist millətçiliyinin əsas ideoloqlarından biri Qaregin Njdeyə (Ter-Aratyunyun) qoyulan abidə ətrafında geniş müzakirələr, diskussiyalar start götürdü. Və aparılan müzakirələr informasiya məkanını bir-birinə zidd olan iki düşərgəyə parçaladı. Erməni mediası Njdeni milli qəhrəman və erməni dövlət ideologiyasının ideoloqu kimi qələmə versə də, Azərbaycan, Özbəkistan və postsovet məkanına daxil olan ölkələrin mediası və ictimaiyyəti buna etiraz edərək, onu haqlı olaraq faşist cəlladı kimi qələmə verdi.
"Rusiyada rəsmi səviyyədə Njdeyə abidə qoyulmasına münasibət belə oldu ki, bütün bunlar sadəcə, Ermənistanın daxili işidir. Hətta kremlyönümlü mediaya bu mövzu ilə bağlı hər hansı bir tənqidi material yazmaq belə qadağan edildi”. Bu sözləri dünən keçirdiyi mətbuat konfransında rusiyalı tarixçi alim, hüquqşünas Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, postsovet məkanında, xüsusilə Baltikyanı dövlətlərdə və Ukraynada nasizm və faşizmin bütün hallarını pisləyən Rusiyanın siyasi elitası, Ermənistanda baş verən bu hala heç bir reaksiya vermədi. "Sadəcə, bununla özünün Cənubi Qafqazdakı yaxın müttəfiqi hesab etdiyi Ermənistanı "küsdürmək” istəmədi”, - deyə qonaq bildirib. Mətbuat konfransında rusiyalı tədqiqatçı alim, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində apardığı sistemli elmi tədqiqatın nəticələrini də ortaya qoydu. Əldə olunanlar ortaya xeyli sensasiya doğuracaq faktların çıxmasına səbəb olub. Rusiyalı tədqiqatçının sovetlərin xüsusi xidmət orqanlarının arxivlərindən əldə etdiyi qiymətli materiallar faşistlərlə əməkdaşlıq edən erməni təşkilatları barədə dolğun məlumat verir. Sovet təhlükəsizlik xidmətinin arxivləri ermənilərin iç üzünü bir daha üzə çıxarmağa imkan verir. "Bugünkü Ermənistanın əsaslandığı ideologiyanın faşist ideyalarına əsaslandığı aydın görünür. Sənədlərdən məlum olur ki, təhlükəsizlik xidməti əməkdaşları erməni millətçilik nəzəriyyəsinin otuzuncu illərdə nasist xarakteri daşıdığını üzə çıxarıb. Zaqafqaziya Sovet Federativ Sosialist Federasiyasının Daxili İşlər Komissarlığının tədqiq edilən sənədlərindən o da bəlli olur ki, erməni millətçiliyinin ideoloqları, Daşnaksütyun Partiyası və şəxsən Njde, faşizmə yaxın olduqlarını bəyan etməyənə qədər, sovet xüsusi xidmət orqanları onlara qarşı loyal, hətta müsbət yanaşıblar. Lakin elə ki, onlar erməni millətinin ari irqinə və alman nasional-sosializminə yaxın olduqlarını bəyan etməyə başladılar – bundan sonra onların partiyadaşlarına qarşı ciddi tədbirlər start götürdü”, - deyə tarixçi bildirib: "Lakin elə ki, onlar özlərini Hitlerin bəşəriyyətə nifrət ruhunda tərbiyə verən ideyalarının davamçıları olduqlarını bildirdilər - bundan sonra onlara qarşı repressiyalar start götürdü. Məhz Qaregin Njde və onun çeqakron nəzəriyyəsi ("Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi-müəl) çekistlərini SSRİ-də yaşayan ermənilərə münasibətini dəyişib”. Bu gün də Qaregin Njdeyə qəhrəman donu geyindirmək, Ermənistanın nümayişkaranə surətdə ümumi sovet keçmişindən imtina etdiyini, Böyük Vətən müharibəsi veteranlarına tüpürdüyünü göstərir. Məlumat üçün bildirək ki, Azərbaycan Njdeni Zəngəzurda azərbaycanlılara qarşı soyqırımı keçirməkdə, əhaliyə qarşı qırğınlar törətməkdə ittiham edir. Tarixi mənbələrə görə, onun dəstələri 1920-ci ilin martında Azərbaycan Demokratik Respublikasının ordusuna qarşı döyüşlərdə iştirak edib. Ötən ilin yanvarında Rusiya Dövlət Dumasında "Nasizmin yüksəlişi ilə mübarizə və neonasizmin qayıdışı: hüquqi aspektlər” mövzusunda keçirilən "dəyirmi masa”da Ermənistandan, Njdenin 2016-cı ildə ucaldılmış heykəlini götürmək tələb edilib.Onu da qeyd edək ki, rusiyalı araşdırmaçı alimin ortaya qoyduğu faktlar "Region+” jurnalında davamlı olaraq dərc edilir.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər