• çərşənbə axşamı, 19 mart, 06:51
  • Baku Bakı 8°C

Fars körfəzində növbəti gərginlik ocağı

13.09.17 10:00 1072
Fars körfəzində növbəti gərginlik ocağı
Misirin nüfuzlu "Al-Siyasa Al-Duwaliya” qəzeti son günlərin ən aktual mövzularından olan Qətər-İran yaxınlaşması və bunun regionda yarada biləcəyi risklərdən bəhs edən məqalə dərc edib. Qəzet yazır ki, London konfransı ərəfəsində Qətər ətrafında sakitlik nəzərə çarpsa da, Doha tərəfindən ziddiyyətli addımlar dayanmır. Ən təhlükəli addım isə İranın Fars körfəzi boyu 15 neft və qaz yatağından pay tələb etməsidir. Və bu tələbin irəli sürülməsində ona əsas dəstək Qətərdən gəlib. Qətər rəhbərliyi İranla ikitərəfli müqavilə bağlayıb "Şimali” (Cənubi Fars) qaz yatağını bölüşdürmək istəyir. Bu isə Fars körfəzində növbəti bir presendent yarada bilər. Qəzet yazır ki, ilk növbədə isə söhbət Səudiyyə Ərəbistanı və Küveytdən gedir.
"Ola bilsin Tehran sanksiyalardan azad olmaq sevincini qonşularının təbii ehtiyatlarına iddia etməkdə görür. Bəlli olduğu kimi, Küveyt və Səudiyyə İranla Dora (İran ona Araş adlandırır) qaz yatağı ilə ümumi sərhədə malikdir. İranla razılıq əldə edə bilməyən hər iki ölkə neytral zonada 20 trln. kub metr qazın olduğu ehtimal edilən yataqda işlərin aparılması ilə bağlı sənədə imza atıb. İran bəyan edir ki, yatağın beş faizi onun ərazisindədir və üçüncü ölkələrlə birgə fəaliyyətə başlamalıdır. Səudiyyə və Küveyt isə bu barədə danışmaq belə istəmirlər. İran Fars körfəzinin Səudiyyə, Küveyt və Oman kimi dövlətləri ilə sərhədə malikdir. Yeri gəlmişkən, İran dəfələrlə Fars körfəzi ölkələrini ərazidəki neft və qaz yataqlarını mənimsəməklə bağlı bir-birilərinə kömək etməkdə günahlandırıb. Qəzet bu məsələyə toxunur və qeyd edir ki, İran Səudiyyəni Küveytə, Küveytin isə BƏƏ-yə, sonuncunu isə Omana yardım göstərməkdə günahlandırıb.
"İran dünyada ABŞ və Rusiyadan sonra sıxılmış təbii qaz istehsalı sahəsində üçüncüdür. O, dünyada ən iri dəniz yatağı hesab edilən "Şimali” yatağını Qətərlə birgə bölüşür. ABŞ-ın Bloomberg şirkəti İran və Qətər arasında təbii qazla bağlı əməkdaşlığın sürətlə genişlənməsini yaxından izləyir və bunu Fars körfəzi ölkələrinə cavab addımı kimi qiymətləndirir. Və xüsusi qeyd edir ki, dünyanın ən iri qaz yatağı İran və Qətər arasında yerləşir. Onun ərazisi 9700 kv.km-dir. Tərəflər qaz bazarında rəqabət aparmalarına baxmayaraq, gəlirləri sakitcə öz aralarında bölməkdə davam edirlər”,- deyə bildirilib. O da qeyd edilir ki, Səudiyyə ilə ziddiyyət fonunda Qətər ABŞ-ın "Shell” şirkətinə qaz yatağının ona aid hissəsini beş il işlətmək barədə razılıq verib. Bu vəziyyət isə ABŞ-ın Qətər böhranı ilə bağlı mövqeyinin dəyişməsinə səbəb ola bilər. Nəşr yazır ki, əksəriyyət Qətər və İran arasında Fars körfəzində vəziyyəti gərginləşdirmək barədə razılıq əldə olunduğunu irəli sürür.
"İran sanksiyalar ləğv edilməmişdən əvvəl Qətərlə qaz yatağı ilə bağlı hər hansı rəqabət apara bilmirdi. Səbəb də onun müasir texnologiyalara malik olmaması idi. Buna baxmayaraq, Tehran texnologiyalar əldə etmək üçün bir sıra ölkələrlə gizli sazişlər imzaladı. Bu da ona Qətərlə yataqda eyni səviyyədə işlər aparmağa imkan verdi. İlin əvvəlində sanksiyalar ləğv edildikdən sonra İran rəhbərliyi Qətərin malik olduğu texnologiyalardan da üstün avadanlıqlar aldı”,- deyə Misir nəşri yazıb. Əlavə edir ki, bu hal təhlükəli şərait yaradıb. İran tərəfi sanksiyalardan sonra əldə etdiyi vəsaitlə regionda şiəlik ideologiyasını yaymağa çalışır. "Bütün bunlar isə Səudiyyə Ərəbistanın və regionun digər dövlətlərinin, o cümlədən Misirin maraqları ilə ziddiyyət təşkil edir. Qətər də ağır dövrünü yaşayır. Ölkədə qiymətlər kəskin artıb. Artıq Qərbdə Qətər rejiminin dəyişdirilməsi məsələsi aktuallaşıb”- deyə məqalədə qeyd edilir.
Azər
banner

Oxşar Xəbərlər