AZE | RUS | ENG |

FAO: Azərbaycanın meşə ehtiyatları inventarlaşdırılacaq - Sonuncu dəfə bu proses SSRİ dövründə keçirilib

FAO: Azərbaycanın meşə ehtiyatları inventarlaşdırılacaq - Sonuncu dəfə bu proses SSRİ dövründə keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə ehtiyatlarının inkişafını dəstəkləməkdə davam edəcək.

Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

M.Çakmakın sözlərinə görə, FAO Qlobal Ekologiya Fondu (GEF) və Azərbaycan hökuməti ilə birgə ölkənin meşə ehtiyatlarının monitorinqi layihəsinin reallaşdırılmasına başlayıb: "Layihə Azərbaycanın meşə ehtiyatlarının inventarlaşdırılmasını həyata keçirməyə imkan verəcək. Sonuncu dəfə bu proses SSRİ dövründə, 1988-ci ildə keçirilmişdi".

FAO ofisinin rəhbəri bildirib ki, inventarlaşdırılma Azərbaycana meşə ehtiyatları ilə bağlı siyasət formalaşdırmağa və bu sahədə layihələri uğurla reallaşdırmağa imkan verəcək: "Layihə çərçivəsində Azərbaycanın Ağdam və Qax rayonlarında zərər görmüş meşə massivlərinin bərpası da planlaşdırılır. Bu, torpaqları qorumağa, eləcə də havaya karbon qazının buraxılmasının qarşısını almağa kömək edəcək".

M.Çakmak bildirib ki, əsas maliyyələşdirməni GEF öz üzərinə götürüb, FAO və Azərbaycan hökuməti isə layihəyə qeyri-maddi kömək göstərəcək: "GEF bu layihə üçün 1,5 milyon dollar ayırıb. FAO və hökumət isə bu layihəyə işçi qüvvəsi və digər ehtiyatlarla kömək edəcək ki, bu da müvafiq olaraq 1 milyon və 2-3 milyon dollara bərabər olacaq".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001