• cümə axşamı, 25 aprel, 07:59
  • Baku Bakı 14°C

Fanatlar futbolçuları döydü

12.03.18 12:35 743
Fanatlar futbolçuları döydü
İtaliya futbolunda da insident baş verib.
Kaspi.az xəbər verir ki, B seriyasında çıxış edən "Askoli”nin futbolçuları döyülüblər. Komandanın qapıçısı Vinçentso Venditti ilə yarımmüdafiəçi Samuel Parlati fanatların hücumuna məruz qalıblar.
Hadisə "Venetsiya” ilə oyundan (0:1) sonra baş verib. Məğlubiyyəti həzm edə bilməyən 10-a yaxın azarkeş futbolçuları döyüblər.
Maraqlıdır ki, döyülən hər iki oyunçu komandanın əsas heyət üzvü sayılmır. Parlati bu mövsüm cəmisi bir oyunda meydana çıxıbsa, qapıçı Vendetti ümumiyyətlə, oynamayıb.
"Askoli” 30 turdan sonra B seriyasında sonuncu pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər