• çərşənbə axşamı, 16 aprel, 14:09
  • Baku Bakı 19°C

FANA-nın sədri və OANA-nın prezidenti media sahəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər

02.12.18 18:59 462
FANA-nın sədri və OANA-nın prezidenti media sahəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər
Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş direktoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) sədri Şeyx Mübarək Duaic İbrahim əl-Sabah bu ölkədə səfərdə olanAZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanovla görüşüb.
AZƏRTACxəbər verir ki, görüşdə KUNA ilə OANA arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub, media sahəsində əlaqələrinin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin Küveyt-Azərbaycan münasibətlərinə də toxunulub. Belə bir yekdil fikir ifadə olunub ki, milli xəbər agentliklərinin əməkdaşlığı iki ölkəni birləşdirən əlaqələrin miqyasına və ruhuna uyğun səviyyədə genişləndirilməlidir.
Aslan Aslanov görüşdən xatirə olaraq Şeyx Mübarək Duaicə milli ornamentlərlə bəzədilmiş Azərbaycan xalçası və kitablar hədiyyə edib. Kitablardan biri 2016-cı ildə Azərbaycan Prezidentinin iştirakı ilə keçirilmiş Dünya Xəbər Agentliklərinin Bakı Konqresi barədədir. KUNA-nın Baş direktoru Şeyx Mübarək Duaicin də çıxış etdiyi Konqresin materialları nəşrdə Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində verilib. Digər kitab isə dünya xəbər agentliklərinin, o cümlədən KUNA-nın təqdim etdiyi fotolar əsasında nəşr olunub.
Görüşdən sonra KUNA agentliyinə müsahibə verənAZƏRTAC-ın İdarə Heyətinin sədri ölkələrimiz və xalqlarımız arasında səmimi dostluq əlaqələrinin mövcudluğunu diqqətə çatdıraraq deyib: "Bu əlaqələr xalçanın bir-birinə sıx şəkildə toxunmuş ilmələrinə bənzəyir və haqlı qürur hissləri doğurur”.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Küveytə səfərinin çox məhsuldar və işgüzar mühitdə keçdiyini bildirib, göstərilən xoş münasibətə görə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, qarşılıqlı səfərlər və görüşlər medianın inkişafı, müasir modellərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, xəbər agentlikləri arasında əməkdaşlığın güclənməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

banner

Oxşar Xəbərlər