AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Falkaonun transferi bu gün rəsmi elan olunacaq

Falkaonun transferi bu gün rəsmi elan olunacaq

İdman
13 May 2013, 10:20 1274
Fransanın yuxarı divizionuna vəsiqə qazanmış «Monako» klubu bu gün rəsmi olaraq kolumbiyalı forvard Radamel Falkao ilə müqavilə imzalayacağını elan edəcək.

Milli.Az Sports-a istinadən bildirir ki, transferin həcmi 60 milyon avro olacaq. Futbolçu bu gün günorta Monakoda, klubun rəhbəri Dmitri Rıbolovlevlə nahar zamanı müqaviləyə imza atacaq.

«Atletiko»nun hücumçusu ilə danışıqlar fevralda başlanıb. O vaxt fransız klubunun nümayəndəsi Riçard Peçini Falkaonu belə bir qərara gəlmək üçün razı sala bilib.

Əvvəl deyilirdi ki, yeni klubunda Falkao ilinə 10 milyon avro alacaq.