• cümə axşamı, 25 aprel, 16:10
  • Baku Bakı 23°C

Faiq Əmirlinin şikayəti təmin edilməyib

27.02.18 14:15 646
Faiq Əmirlinin şikayəti təmin edilməyib
Bu gün Ali MəhkəmədəAXCPsədrinin köməkçisi, "Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin kassasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, iclasda çıxış edən F. Əmirli və vəkili Aqil Layıc bəraət verilməsini istəyiblər. Dövlət ittihamçısı isə şikayətin təmin edilməməsini xahiş edib. Müşavirədən sonra hakim şikayətin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, Faiq Əmirli Səbail rayon Məhkəməsinin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun dövlətə 39 min manat ödəməli olduğu da qeyd olunub.
Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub. Barəsində 2 il şərti cəza təyin edilən F. Əmirli məhkəmə zalından azadlığa buraxılıb. Bundan sonra o və vəkili kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
F. Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub.
banner

Oxşar Xəbərlər