• çərşənbə, 24 Aprel, 16:57
  • Baku Bakı 27°C

Facebook WhatsApp-ı 16 milyarda aldı

20.02.14 08:04 1394
Facebook WhatsApp-ı 16 milyarda aldı
Mark Sukerberqin şəbəkəsi messencer servisi üçün 16 milyard dollar ödəyəcək.
Vatçapın sahibləri bu məbləğin 4 milyard dollarını nağd pulla, yerdə qalan məbləği isə Feysbukun səhmləri formasında alacaqlar. Bu isə Facebook-un "A" tipli 183 865 778 səhmi deməkdir(milli.az).
Eyni zamanda, anlaşma messencerin sahibləri və əməkdaşları üçün 3 milyard dollarlıq opsionu nəzərdə tutur.
2009-cu ildə yaradılmış WhatsApp son illərdə internetdə ən sürətlə və dinamik inkişaf edən layihələrdən biridir. Özünü SMS-in alternativi elan etmiş servisin hazırda 450 milyon aktiv istifadəçisi var və onların 70 faizi messencer vasitəsilə hər gün aktiv təmasda olur.
Hər gün WhatsApp-ı öz telefonlarına təxminən 1 milyon insan yükləyir.
"Bizim missiyamız WhatsApp-ın prinsipləri ilə üst-üstə düşür. Məqsədimiz onlayn kommunikasiyaları mümkün qədər sadə və rahat etməkdir. Anlaşma nəticəsindəki sinerji hər iki servisə auditoriyanı daha sürətlə genişləndirərək istifadəçilərin sayını artırmağa imkan verməlidir", - Facebook-un sahi Mark Sukerberq deyib.
WhatsApp-ın təsisçilərindən biri və baş direktoru Yan Koum da sövdələşməni uğurlu adlandırıb.
Facebook sövdələşmədən sonra WhatsApp brendini sazlayacaq, servisin əməkdaşları Kaliforniyanın Mauntin-Vyu şəhərindəki ofisdə çalışmağa davam edəcəklər.
Bununla yanaşı, Facebook öz mobil messenceri olan Facebook Messenger-in inkişafını dayandırmaq niyyətində deyil.
banner

Oxşar Xəbərlər