• şənbə, 20 Aprel, 11:48
  • Baku Bakı 14°C

Ekspert: Azərbaycan əsgəri istənilən anda öz vəzifəsini yerinə yetirməyə hazırdır

02.04.19 20:17 605
Ekspert: Azərbaycan əsgəri istənilən anda öz vəzifəsini yerinə yetirməyə hazırdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə həmin şanlı qələbəyə yüksək qiymət verməsi, eləcə də Azərbaycan Ordusunun hərbi qüdrəti barədə fikirləri Silahlı Qüvvələrimizin şəxsi heyətinin qəhrəmanlığına verilən ən yüksək qiymətdir. Dövlətimizin başçısının Ordumuzun hərbi qüdrəti barədə dediyi fikirlər əsgər və zabitlərimizin döyüş ruhunu və qələbə əzmini daha da artırır. Bu gün Azərbaycan əsgəri, zabiti istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır.
Bu sözləri ehtiyatda olan polkovnik Əzizağa QənizadəAZƏRTAC-a açıqlamasında deyib.
Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vurğulayan Ə.Qənizadə deyib: "Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl açıqlanan reytinqlərdən birinə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Müharibə şəraitində yaşayan ölkəmizdə ordu quruculuğunu daim diqqət mərkəzində saxlayan Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir silah-sursat və texnika ilə təchiz edilir”.
Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki bazasını sürətlə modernləşdirdiyini, hərbi qüdrətini daha da artırdığını vurğulayan Ə.Qənizadə deyib: "Bu gün Silahlı Qüvvələrimiz ən müasir silahlar, pilotsuz uçuş aparatları, hərbi texnika və digər müdafiə təyinatlı qurğular ilə tam təchiz edilib. Hərbi qüdrətini artıran Azərbaycan Ordusu bölgədə ən güclü ordudur. Hətta cəbhə bölgəsində, çətin keçilən və yüksəkliklərdə yerləşən ərazilərdəki hərbi hissə və bölmələrdə belə əsgərlərimiz üçün yaradılan şərait Ordumuzun hərtərəfli inkişaf etdiyini deməyə əsas verir. Təbii ki, Ordumuzun döyüş qabiliyyətinin, onun mənəvi-psixoloji durumunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri də xüsusi vurğulamaq lazımdır. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu Aprel döyüşlərində və Günnüt əməliyyatında qazanılan hərbi uğurlar da aydın şəkildə göstərdi. Qürurverici haldır ki, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin nəticəsində bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu da özü istehsal etmək qabiliyyətindədir. Həmin silahların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirildi”.
banner

Oxşar Xəbərlər