• cümə axşamı, 25 aprel, 20:44
  • Baku Bakı 21°C

Əzizağa Qəni-zadə: Bakının azad olunmasının 100 illiyinin möhtəşəm paradla qeyd edilməsi uzun illər yaddaşlarda qalacaq

17.09.18 13:52 376
Əzizağa Qəni-zadə: Bakının azad olunmasının 100 illiyinin möhtəşəm paradla qeyd edilməsi uzun illər yaddaşlarda qalacaq
Sentyabrın 15-də Bakıda keçirilən parad mühüm tarixi hadisələrdən biridir. Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinin belə möhtəşəm paradla qeyd edilməsi uzun illər yaddaşlarda qalacaq. Bu, Azərbaycan-Türkiyə qardaşlığını, birliyini bütün dünyaya göstərdi.
AZƏRTACxəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnik, "Qırmızı ulduz” ordenli Əzizağa Qəni-zadə deyib.
Ə.Qəni-zadə bildirib ki, paradda müasir silahlarımızın, mükəmməl döyüş texnikalarımızın nümayişi və səmada əsl peşəkarlıq bacarığı göstərən Azərbaycanın və Türkiyənin hava şahinlərinin çıxışları çox maraqla qarşılandı. Parad hər birimiz üçün sevincli və qürurlu hadisə oldu.
Polkovnikin sözlərinə görə, XX əsr tariximizin ən parlaq səhifələrindən olan 1918-ci il 15 sentyabr Bakı zəfəri Azərbaycan Xalq Cümhuriyyətinin və həmçinin müasir Azərbaycan Respublikasının böyük siyasi, diplomatik və hərbi qələbəsidir. Məhz 100 il öncə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu tərəfindən qədim tarixə malik Bakı şəhəri erməni-bolşevik işğalından azad edilib və bu bölgədə yadelli ağalığına son qoyulub. Bakının xilası, xalqımızın və dövlətçiliyimizin daim var olmasına hesablanmış tarixi zəfər idi. Bu əlamətdar tarixi gün erməni və bolşevik dəstələrinə qarşı birgə mübarizə aparan iki qardaş xalqın - Azərbaycan və Türkiyə xalqlarının tarixində xüsusi əhəmiyyətə malik böyük hadisədir. Bu iki xalqın həm 1918-ci ildə, həm də indi düşmənə qarşı mübarizədə vahid qüvvədə birləşməsi onların əbədi olaraq birgə olacağını göstərir. Bu gün hər bir birimiz o günləri yada salanda Azərbaycanın istiqlalı uğrunda şəhid olmuş türk və azərbaycanlı əsgər və zabitlərin ruhuna rəhmət oxuyuruq.
banner

Oxşar Xəbərlər