AZE | RUS | ENG |

Əzəli rəqib: “Rəşad Sadiqovu transfer etməyə yaxınıq“

Əzəli rəqib: “Rəşad Sadiqovu transfer etməyə yaxınıq“
"Neftçi" klubunun futbolçusu Rəşad Sadiqov karyerasını "Xəzər Lənkəran"da davam etdirə bilər.

Qol.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi cənub təmsilçisi ilə danışıqlar aparır. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Sadiqovla intensiv danışıqlar gedir və ortaya əlavə problem çıxmasa, futbolçunun transferi rəsmiləşəcək.

Qeyd edək ki, "Neftçi" R.Sadiqovun digər kluba keçməsinə mane olmayacağını bəyan edib.

H.Cəbrayıloğlu "Xəzər Lənkəran"ın milli komandamızın daha iki üzvü - Rauf Əliyev və Vaqif Cavadovu da heyətinə cəlb etmək istədiyini bildirib: "Hər üç futbolçu transfer planlarımıza daxildir. Ancaq təkcə Rəşad Sadiqovu transfer etməyə yaxınıq. Hazırda maliyyə məsələləri müzakirə olunur. Digər iki futbolçu haqda konkret bir söz deyə bilmərik. Vaqif Cavadovun klubu ilə müqaviləsi başa çatdığı üçün ola bilər ki, onun transferi daha rahat olsun".

Xatırladaq ki, Rəşad Sadiqovun "Neftçi", Rauf Əliyevin "Bakı" ilə müqaviləsi gələn il başa çatır. Son mövsümü "İnter"də keçirən Vaqif Cavadov isə azad agent statusuna malikdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219