Əzəli rəqib qalib gəlsə, нubka geyinəcək
Rumıniyanın "Dinamo” klubunun baş məşqçisi Kosmin Kontra maraqlı vəd
verib.
Kaspi.az xəbər verir ki, Kontra, əzəli rəqib "Styaua”nın Çempionlar
Liqasının pley-off mərhələsində "Sportinq”ə qalib gələcəyi təqdirdə, mətbuat
konfransına yubka ilə daxil olacağını bildirib. Bu komandalar arasında
Portuqaliyada baş tutan ilk qarşılaşma 0:0 hesabı ilə nəticələnib:
"Lissabonda "Styaua” yaxşı oyun göstərdi. Mən onlara daha yaxşı
nəticə göstərmək üçün kömək etmək istəyirəm. Vəd verirəm, "Styaua” ÇL-in qrup
mərhələsinə vəsiqə qazansa, mətbuat konfransına yubkada gələcəyəm”.