• cümə axşamı, 25 aprel, 16:49
  • Baku Bakı 23°C

Eyyub Yaqubov baba oldu

19.06.14 13:31 1512
Eyyub Yaqubov baba oldu
Şoudan uzaq gəzən, qalmaqallara qatılmayan əməkdar artist Eyyub Yaqubovdan xoş xəbər var.
Anspress-in məlumatına görə, son zamanlar ekranlarda az görünən sənətçi baba olub. Eyyub bəy bu barədə “Xəzər” telekanalında yayımlanan "Bizim gün” verilişində deyib. Bu haqda çox danışmaq istəməyən ifaçı qısa məlumat verib, nəvəsinin bir neçə ay bundan əvvəl dünyaya gəldiyini deyib:
"Adı Tahirdir, hər kəsin övladı və nəvələri var. Bu yolla reklam olunmaq istəmirəm, şükür Allaha, mənə bu səsi, sənəti bəxş edib. Hər zaman ancaq bu yolla işimi nümayiş etmişəm".
Aparıcının: "İstərdinizmi nəvəniz də sizin kimi müğənni olsun” sualına isə bu cavabı bildirib: "Hələ çox balacadır, səsi olub-olmadığını deyə bilmərəm. İstərdim gələcəkdə özü nə iş ilə istəsə, onunla məşğul olsun, xeyirli övlad olsun".
banner

Oxşar Xəbərlər